Xudatda “KamAZ” oğurlayan və heroin gəzdirən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən Seymur Qafarzadəni saxlayıblar. Həmin şəxs rayon ərazisində “KamAZ” markalı yük avtomobilini oğurlayıb. Onun üzərindən psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb.