Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevə həbsxanada komfort şərait yaradılıb. Qaynarinfo xəbər verir ki, bu iddia Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərə məxsusdur.
Konkret olaraq zərərçəkmişlərdən Hüseyn Səfərov ədliyyə naziri Fərid Əhmədova ünvanladığı müraciətdə Mövlam Şıxəliyevə cəza çəkdiyi 9 saylı müəssisədə görünməmiş dərəcədə sərbəstlik verilib. "Orada müəssisə rəhbərliyi tərəfindən Mövlam Şıxəliyevlə onun dəstə üzvlərinə xüsusi komfortlu şərait yaradılıb. Mövlam Şıxəliyev və başının dəstəsi 9 saylı Çəzaçəkmə Müəssisəsində ayrıca kotecdə yaşayır, istədikəri vaxt istədikləri şəxslərlə əlaqə yaradır, telefonla limitsiz danışır, istədikləri şəxslərlə qeyri-rəsmi görüşür, bir sözlə, rahat həyatlarını yaşayırlar. Cəzaçəkmə Müəssisəsini öz rahat həyatlarına uyğunlaşdırıblar", deyə Hüseyn Səfərov nazirə müraciətində qeyd edib.
Qaynarinfo məsələ ilə əlaqədar Penitensiar Xidmətlə əlaqə saxlayıb. Qurumdan bildirlib ki, bu iddianın heç bir əsası yoxdur: