Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı azyaşlı övladına işgəncə verən ananı “Səni Axtarıram” proqramında ifşa edib.
Yenisabah.az xəbər verir ki, azyaşlının döyüldüyü kadrları efirə verən Xoşqədəm Hidayətqızı studiyaya gələn nənəyə etiraz edib.
Aparıcı həmin kadrlardan dəhşətə gəldiyini bildirib:
“Uşaq anasının yanındadır. Dünən mənə atdığın videoları görüb bütün gecəni yata bilməmişəm. Ay nənə, mən o uşağı elə qoya bilmərəm. Sən o uşağı o vəziyyətdəmi qoymaq istəyirsən?! Sənin nəvən o şəkildə incidilir... Görüntüləri efirə verin! Bir uşaq o cür döyülür, sən uşağa beləmi baxırsan?
Gəl, bu məsələni bərabər həll edək. Atanın gəlməyini gözləmə, ay nənə, icazə ver sənə kömək edim, sən əsl nənəsən. Əsl nənə olmasaydın, bu nəvənin görüntüləri ilə gəlməzdin, gözündən yaş gəlməzdi. Nənə, gəl, əl-ələ verək nəvəni xilas edək. Məni tək qoyma”.