Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serimlə regional normallaşma proseslərini müzakirə edib.
Pravda.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in Mətbuat Xidməti “X” sosial şəbəkə hesabında bildirib.