BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə tənqidlərə cavab verdi: “Onlar avaradırlar, yazığım gəlir”

“Sosial şəbəkələrdə yoxam. Orada nə yazılır məni maraqlandırmır. Getsinlər dərsliyi açıb, öyrənsinlər. Ondan sonra gəlib məni linç etsinlər”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

 

A.Əlizadə qeyd edib ki, söylədiklərinin üzərində dayanır: “Osmanlı imperiyasının ordusu necə idi. Necə qurulmuşdu, necə istifadə olunurdu. Ordu nə zaman döyüşə gedirdi. Muzdlu ordu idi. Maaşını almasa, döyüşə getmirdi. Hətta Sultanı devirmək istəyəndə xəzinədarlar axçaya misi çox qatırdılar. Nəticədə pulun alıcılıq qabiliyəti aşağı düşürdü və Sultanı devirirdilər. Həqiqət kimin xoşuna gəlmirsə, özü bilər”.

 

Deputatın fikrincə, sosial şəbəkədə onu təhqir, tənqid edənlər boş-bekar adamlardır: “Gecə-gündüzünü sosial şəbəkədə keçirən adamlar avaradır. Sosial şəbəkəni məlumat almaq üçün istifadə edərlər. Elələri də var ki, işləri-gücləri yoxdur. Səhərdən axşama qədər otururlar sosial şəbəkədə. Bir şey gözləyirlər ki, yazsınlar. Odur ki, onlara yazığım gəlir və onlara cavab vermək fikrim yoxdur. Bir daha deyirəm. Bunların əvəzinə tarix kitablarını açıb oxusunlar”.Azvision.az

Tarix: 5 Noyabr 2019, 22:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin