Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydasının hazırlanmasında Maliyyə Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi də iştirak edəcək.
Bu barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Fərmanda deyilir.