Tanınmış kinorejissor, ssenarist, prodüser, ARKİ İdarə Heyətinin katibi Oktay Mir-Qasım Xalq artisti Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsinə münasibət bildirib. Rejissor bununla bağlı “Report”un sualını cavablandırıb. O.Mir-Qasım Rasim Balayevin idarəçilik və rəhbərlik təcrübəsinin olmadığını deyib:
“Rasim Balayev bacarıqlı, məşhur aktyordur, amma idarəçiliyi bacarmır. Onun idarəçilik təcrübəsi yalnız bütün işlərin başında duran başqa bir şəxsin göstərişlərini icra etməkdir. O, sadəcə kağızlara qol çəkirdi. Bunu cəsarətlə deyirəm. Çünki mən onunla dostam, filmlərimdə də çəkilib. Uzun illərdir, eyni istiqamətdə çalışırıq. Amma düzünü demək lazımdır".