Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmə maddəsi ilə həbs edilən 2 nəfərin məhkəməsi başlayır.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilən Aslanov Bayram Mətləb oğlu və Quliyev Rəşad Cavad oğlunun məhkəmə prosesinin hazırlıq iclası 19 mart tarixində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək.
