slamofobiya artıq bir qlobal fenomen halını alıb. Biz BMT Baş Assambleyasının islamofobiyaya qarşı mübarizə ilə bağlı qətnaməsinin qəbul edilməsini mütərəqqi bir hal kimi qiymətləndiririk. Bu cür sənədlər qlobal səviyyədə islamofobiyanın mövcud olduğu təsdiqləyir.
Bu sözləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslamofobiyanın Müşahidə Mərkəzinin rəhbəri Dodik Ariyanto Bakıda islamofobiyaya həsr olunan beynəlxalq konfrans çərçivəsində keçirilən “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı plenar iclasında söyləyib.