İslamı terrorçu din kimi təqdim edənlər dövlətlərarası yaranan münaqişələrin dinlərlə bağlı olmadığına nəzər salmalıdır.
Bu sözləri Qətər Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin tədqiqat direktoru, beynəlxalq əlaqələr üzrə professor Bülent Aras Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində təşkil edilmiş “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” adlı aralıq sessiyada deyib.