İnsan həyatını xilas etmək çox önəmli, təhlükəli, eyni zamanda şərəfli işdir.
Bunu 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində mütəxəssis-xilasedici Gülnarə Əliyeva deyib.
G.Əliyeva 2007-ci ildən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində çalışır. Çevik və insansevər olması onu bu peşəni seçməyə sövq edib: “Artıq 17 ildir ki bu işlə məşğulam. İnsan həyatını xilas etmək çox önəmli, təhlükəli, eyni zamanda şərəfli bir işdir".