Emy Lia (Emiliya Yaqubova) Avroviziya 2024 üçün musiqiçi Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib. Olay.az xəbər verir ki, “Səs Azərbaycan”ın ilk sezonunun qalibi Emy Lia Avroviziya 2024 seçimləri üçün təqdim etdiyi iki mahnıdan birini - “Change Everything” (“Hər şeyi dəyiş”) kliplə birgə yayımlayıb.
Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli, sözlərini isə Birləşmiş Krallıqdan olan Nataşa Braun üstələnib. Ekran işinin rejissorluğu isə Elvin Cabbarova həvalə edilib.
Emy Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib: