Əməkdar artist Cavanşir Məmmədov maddi durumundan şikayətlənib. Müğənni özünün və həmkarlarının lüks həyat yaşamadığını bildirib.
Cavanşir Məmmədov bu barədə Amil Xəlilin aparıcısı olduğu “Gəl danış” verilişində açıqlama verib. O, sənət adamlarının kənardan göründüyü qədər təminatlı olmadığınə bildirib:
“Kənardan elə görünür ki, müğənnilər lüks həyat yaşayır. Amma belə deyil. Müğənni iki ay məhərrəmlikdə, bir ay Ramazan ayında toya getmir. Azərbaycanlılar yanvar-fevral aylarında toy etmirlər ki, soyuqdur, heç kim gəlməyəcək. Təxminən, ilin yarısını işləmirik. Müğənni haradan pul qazanmalıdır?!”