Fransada müsəlmanlığı siyasi anlayış kimi təlqin edirlər. İslamı zorakı din , cihad mənbəyi, idarəolunmaz məfhum kimi qəbul edirlər.
Bu sözləri müstəqil tədqiqatçı və publisist Rolan Öjen Lafit (Roland Eugene Laffitte) Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması” mövzusunda aralıq sessiyada deyib.