Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Müdafiə xətti ləğv olunur, Azərbaycan Ordusu şimaldan girir

1 400
Paylaş:
Müdafiə xətti ləğv olunur, Azərbaycan Ordusu şimaldan girir

“İlk mərhələdə 4, daha sonra isə Tavuş ərazisində olan 3 kənd və Kərki Azərbaycana veriləcək”. Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni deputat, “Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyan çıxış edib. 

O bildirib ki, Ermənistan tərəfi Azərbaycanın tələblərini təmin etmək və tədricən müəyyən əraziləri geri qaytarmaq niyyətindədir: 

“Birinci mərhələdə 4 kəndi, sonra isə qalanını – Tavuş vilayətindəki 3 kəndi və Kərkini təhvil verəcəklər. Nəticədə Lori vilayəti sərhəd bölgəsinə çevriləcək”. 

Danielyan əlavə edib ki, Tavuşdakı kəndlərin verilməsi nəticəsində Ermənistanın şimal müdafiə xətti tamamilə ləğv olunacaq: 

“Digər tərəfdən, Ermənistana daxil olan qaz kəməri bu ərazidən keçir. Beləliklə, Rusiyadan gələn qaz xətti Azərbaycanın nəzarətində olacaq. Nəticədə Ermənistan unikal anklava çevriləcək”, – Qarnik Danielyan vurğulayıb. 

Paylaş:

Ən son xəbərlər