Müğənni Damla "Zaurla günaydın" verilişində şəxsi həyatından danışıb. Pravda.az Teleqraf.com-a istindən xəbər verir ki, Damla keçmiş həyat yoldaşından boşanmasının səbəbini açıqlayıb:
"Mən 17 yaşımda ailə qurmuşdum, evlilik həyatım iki-üç il davam etdi. Amma rəsmi boşanmaq məsələsi gec oldu. Keçmiş həyat yoldaşımdan ayrılmağıma səbəb ailə daxili problemlər oldu. Oğluma görə keçmiş həyat yoldaşımla münasibətimiz var, onun atasıdır. Xaricə gedəndə sənədlərini birlikdə hazırladıq, yola saldıq. Əlbəttə, hər şeydə atası dəstək oldu. Keçmiş həyat yoldaşım ailə qurub, övladları var. Bəzən oğlum mənə şəkil atır ki, bacım-qardaşım var. Valideynlər arasında anlaşılmazlıq varsa, buna uşaq nə etsin?!".