"Məndən yanıqlı gəzən o "qatı müxaliflər"i yandıran nədir? İçi ən pis göynəyənlərlə təxminən eyni vaxtda həbs olunmuşduq, amma onlar Avropa Məhkəməsində parlaq bir qələbə qazanmağı bacarmadılar. Güləcəksiniz... Eləsi də var ki, neçəsə il siyasi məhbus adı ilə yaşadı, amma axırda Avropa Məhkəməsi onun ərizəsini rədd etdi. İndi bunlar "yanıqlı-yanıqlı gəzir", hər şeydən bəhanə düzəldib mənə ağıl və vicdan dərsi keçmək iddiasındadır".
Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.