Məzmuna keç
Pravda.az — xəbər portalı
Şou

"Kişi olan kəs belə bir şayiə yaymaz" - Zeynəb Xanlarovanın ölüm xəbərini yayan tapıldı

1 518
Paylaş:
"Kişi olan kəs belə bir şayiə yaymaz" -     Zeynəb Xanlarovanın ölüm xəbərini yayan tapıldı

Xalq artisti Zeynəb Xanlarovanın ölməsi ilə bağlı məlumatların artıq yalan olduğunu hamı bilir.

Pravda.az-ın xəbərinə görə, bunu  Zeynəb Xanlarovanın qohumu, əməkdar artist Mehriban Xanlarova deyib. O bildirib ki, Z.Xanlarova Bakıda ailəsinin yanındadır:

“Bu məlumatı xaricdə yaşayan bloger Orxan Ağayev adlı şəxs yayıb. Kişi olan kəs belə bir şayiə yaymaz. Zeynəb xanımla danışmışıq, evində - ailəsinin yanındadır və səhhəti qaydasındadır. Allah ona uzun ömür versin, düşmənlərinin də gözü çıxsın! Allah o məlumatı yayan insanın cəzasını versin!”

Qeyd edək ki, ötən gecə xalq artisti Zeynəb Xanlarovanın vəfat etməsi ilə bağlı yalan məlumat yayılıb və bu, ciddi narazılığa səbəb olub.Kult.az

Paylaş:

Ən son xəbərlər