Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

933
Paylaş:
Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7,9 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən verilən məlumata görə, onlardan 3,8 mininə ilkin, 4,1 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Son iki ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 18 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

Paylaş:

Ən son xəbərlər