Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Pravda.az xəbər verir ki, Sərəncamla xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:
Ələkbərov Nicat Vaqif oğlu – polkovnik
Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant
Əliyev Telman Elyaz oğlu – polkovnik-leytenant
Həsənov Əli Vaqif oğlu – polkovnik-leytenant
Qurbanov Anar İsa oğlu – polkovnik-leytenant