Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-dən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Yədayi Tofiq üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov-74” markalı avtomat, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar olunaraq götürülüb. T.Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.