Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Keçmiş rəisin işində zərərçəkən kimi tanınan şəxs dələduzluqda ittiham edilir - 45 şikayətçi var

1 558
Paylaş:
Keçmiş rəisin işində zərərçəkən kimi tanınan şəxs dələduzluqda ittiham edilir -     45 şikayətçi var

Abşeron Rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin keçmiş rəisi Seymur Məmmədovun cinayət işində zərərçəkən qismində tanınan Elmir Şəmiyev dələduzluqda ittiham edilir. Qaynarinfo xəbər verir ki, ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Cinayət işi üzrə ibtidai istintaq artıq yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Martın 19-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək. 

178.3.2-ci maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Elmir Şəmiyevin cinayət işi üzrə 45 nəfər zərərçəkən qismində tanınıb. 

Dəymiş zərərin məbləği barədə dəqiq bilgi yoxdur. 

Paylaş:

Ən son xəbərlər