"İnsan zamanla fikirlərini dəyişir. Vaxt var idi düşünürdüm ki, həyat yoldaşım mənə xəyanət etsə, qadın olaraq ölərəm, amma bir ana olaraq övladlarımın xöşbəxt olması üçün yaşayaram. Amma indi belə düşünmürəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı bir müddət əvvəl aktrisa Xuraman Əlizadənin "Həyat yoldaşımın xəyanətini bağışlayaram" sözlərinə münasibət bildirərkən deyib. Sənətçi xəyanətlə üzləşmədiyini bildirib:
"Yoldaşımla ailə quranda ona demişdim ki, haçansa məni sevməsən, başqa bir qadında xoşbəxtlik tapsan, get. Bu, Azərbaycan qadını üçün bəlkə də pis səslənə bilər. Amma bir kişi başqası ilə xoşbəxtdirsə, o, evdəkini artıq bədbəxt edir. Bunu İncəsənət Gimnaziyasında oxuyanda müəllimim, Əməkdar incəsənət xadimi Ayaz Salayev demişdi. O vaxt ikinci dəfə ailə qurmuşdu. Soruşdum ki, ikinci dəfə niyə ailə qurdunuz? Cavab verdi ki, "Artıq mən onu yox, başqa qadını xoşbəxt etdiyimi başa düşdüm. Onu bədbəxt etmək haqqım yoxdur. O da öz xoşbəxtliyini tapmalıdır".