Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

707 nəfər koronavirusa yoluxdu

1 537
Paylaş:
707 nəfər koronavirusa yoluxdu

Gürcüstanda  yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 707 nəfərə çatıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Qeyd olunub ki, ölkədə koronavirusa görə 3914 nəfər karantində saxlanılır, 340 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 456 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.

Paylaş:

Ən son xəbərlər