Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xədicə İsmayıl Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olundu

1 330
Paylaş:
Xədicə İsmayıl Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olundu

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Yeniavaz.com xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında məlumat dərc edib.

Xatırladaq ki, martın 6-sı səhər saatlarında Toplum TV-nin və III Respublika Platformasının ofisində polis əməliyyat keçirib. Əməliyyatlarla bir neçə nəfər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Axtarış aparılan ofislərdən, eləcə də saxlanılan şəxslərdən bəzilərinin mənzillərindən müxtəlif məbləğlərdə xarici valyuta aşkarlandığı bildirilir.

Qeyd edək ki, saxlanılanlardan III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzvü Ruslan İzzətli, həmçinin Toplum TV əməkdaşları Ramil Babayev, Əli Zeynal, Müşfiq Cabbar və İlkin Əmrahov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də Toplum TV-nin təsisçisi, hüquq müdafiəçisi və media eksperti Ələsgər Məmmədli, həmçinin III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli saxlanılıb. Bir gün sonra onların hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Paylaş:

Ən son xəbərlər