Son iki ildir ki, Azərbaycana Çin istehsalı olan avtomobillərin idxalı artıb. Xezerxeber.az-ın məlumatına görə, bəzi məşhur avtomobil markaları var ki, onların da Çində istehsal olunan modelləri qiymətinin ucuz olması səbəbindən ölkəyə daha çox idxal olunur.
Amma həmin maşınların Azərbaycanda ehtiyat hissələrini və ustalarını tapmaq müşkül məsələyə çevrilib.