Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Hakimiyyətdə təmsil olunan bəzi kəslər müxalifətə deyirdilər ki, mitinq edin" — Deputatdan SENSASİON AÇIQLAMA

1 318
Paylaş:
"Hakimiyyətdə təmsil olunan bəzi kəslər müxalifətə deyirdilər ki, mitinq edin" —     Deputatdan SENSASİON AÇIQLAMA

"Hakimiyyətdə təmsil olunan bəzi kəslər müxalifəti idarə edirdilər və onlara deyirdilər ki, çıxın mitinq edin".

Pravda.az-ın xəbərinə görə, bunu Space TV-nin efirində Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, həmin şəxslər bununla Azərbaycan haqqında mənfi imicin yaranmasını istəyirdilər:

"Onlar həm də 5-ci kalonun üzvü olublar. Prezidentimizin həyata keçirdiyi islahatlar nəticəsində onlar vəzifədən kənarlaşdırıldılar. Onlara bağlı olan icra başçılarını isə DTX tərəfindən həbs edildilər".

Paylaş:

Ən son xəbərlər