Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) hazırda Almaniyanın Berlin şəhərində yaşayan keçmiş həyat yoldaşı Rəsul Vilayət özünün sosial şəbəkədəki hesabında mərhum sənətçinin məzarının şəklini paylaşıb.
Pravda.az modern.az-a istinadən xəbər verir ki, bununla da Rəsul Vilayət Aygün Bəylərin ölümündən kədərləriyini ifadə edib.
Sosial şəbəkə istifadəçiləi isə Rəsul Vilayətə başsağlığı veriblər.
Rəsul Vilayət bugünə kimi Aygün Bəylərin vəfatına reaksiyasını bildirməmişdi.
Uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunan Əməkdar artist Aygün Bəylər 2024-cü il yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib. Mərhum Bakıdakı Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.
.jpg)