Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz ölkəsinin iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib.
Prezident: Bu gün Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli ölkələrə çevrilib
Pravda.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Həyata keçirdiyimiz birgə infrastruktur layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq”.