Bir neçə gün əvvəl saxlanılmış Xalq Cəbhəsi Partiyasının üzvü Səid Məmmədzadə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Bu barədə saxlanılan şəxsin evinə zəng edən Bakının Xətai rayon polis idarəsinin əməkdaşı onun anasına bildirib.
DİN-in mətbuat katibi Ehsan Zahidov bildirib ki, Səid Məmmədzadə öz maşın yuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.
DİN nümayəndəsinin iddiasına görə, Məmmədzadə əvvəllər insan oğurluğuna görə, ikinci dəfə isə soyğunçuluğa görə məhkum edilib.