Bəzi hallarda ipoteka krediti borcu tam ödənilmədikdə belə əmlak vətəndaşa qalacaq. Bu, "İpoteka haqqında" qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinə - yəni vətəndaşa qalacaq. Mövzunu şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib ki, hazırkı qanuna əsasən əmlak və ya mənzil ipotekanı verən qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalır.
Digər dəyişikliklər isə ipotekada zamin məsələsi və varislərin hüquqlarının qorunmasıdır.
Təklif edilən dəyişikliyə əsasən bəzi hallarda varis ipoteka kreditini ödəməkdən imtia edə biləcək.