Bu gündən bütün evlərdə dadlı, bəzəkli, şirniyyatlı Novruz xonçaları qurulacaq, ilaxır çərşənbədən başlayaraq ta ki martın 25-nə kimi bayram tətili boyunca böyükdən kiçiyə hər kəs o nemətlərdən dadacaq. Ta ki, Novruz bitənə kimi.
Bəs yağlı, şəkərli, qoz, fındıqlı kalorili qoğal, şəkərbura,paxlava, çərəzlər orqanizmə necə təsir edir?
Statistikaya görə, bayram günlərindən sonra təcili yardıma bəzi xroniki xəstəliklərin ağırlaşması səbəbindən müraciətlər çoxalır. "Ölkə.Az medicina.az-ın bununla bağlı araşdırmasını təqdim edir:
Çox qısa müddətdə rasiona həddən artıq kalorili, şirin və allergik qidaların daxil olması orqanizmdə lipid, triqliserid, xolesterin, yağ, duz səviyyəsini dəyişir. Mədəyə, mədəaltı vəzə, ürəyə əlavə yük düşür, çəkidə artım vaş verir, qanda qlükoza səviyyəsi artır, allergenlər aktivləşir.
Bu insanlar şirniyyat və qoz-fındıqdan uzaq durmalı, sadəcə bayram xətrinə dadına baxmaqla kifayətlənməlidir:
- Şəkərli diabet xəstələri. I və II tip diabet
- Piylənmədən əziyyət çəkənlər
- Yüksək təzyiq xəstələri
- İnsult və infarkt keçirmiş insanlar
- Mədə xorası,qastriti olanlar
- Pankreatis – mədəaltı vəzi xəstəliyi olanlar
- Mədədə reflüks olanlar
- Xərçəng xəstəliyinin istənilən mərhələsi
- Ürəyində stend əməliyyatı olanlar
- Xolesteron və lipid səviyyəsi yüksək olanlar
- Dəri xəstəliyi və allergiyası olanlar
- Astma-bronxit xəstələri, pnevmoniya, öskürək
- Öd çatışmazlığı, öddə durğunluq olanlar