Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Könül Mehdiyevaya yeni vəzifə verildi

3 699
Paylaş:
Könül Mehdiyevaya yeni vəzifə verildi

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

AFFA-dan verilən məlumata görə, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda A liqasının 1-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, bu qrupda Fransa, Almaniya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar. Matçlar martın 18-dən 24-dək Almaniyada təşkil olunacaq.

Paylaş:

Ən son xəbərlər