Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

NATO Baş katibi Azərbaycandadır

1 177
Paylaş:
NATO Baş katibi Azərbaycandadır

NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

18:51

NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.

Bu barədə Alyansın X hesabında paylaşım edilib.

NATO Baş katibi Bakıdan başlayaraq Azərbaycan, Gürcüstan və Ermənistana səfər edir.

Paylaş:

Ən son xəbərlər