Martın 17-də qeydə alınmış Tac Kütlə Atılmalarının (TKA) təsiri ilə 20 martda G1 (zəif) geomaqnit qasırğası baş verməsi ehtimalı var.
Diqqət: Martın 20-də...
Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Günəş küləyinin sürətinin 17 martda baş vermiş TKA-nın təsiri ilə martın 20-nə artacağı, həmçinin Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin 24 martda Yerə təsiri gözlənilir.