Beş və daha çox uşağı olan qadınların yaş həddi 5 il azaldılmaqla erkən dövrdə yaşa görə əmək pensiyası hüququ var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, həmçinin ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı böyüdən ataların da qanunvericiliyə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.