Adətən, hər il Novruz qabağı amnistiyaya fərmanı imzalanırdı. Hətta bundan əvvəl onun müzakirələri gedir və təxminən kimləri əhatə edəcəyi açıqlanırdı. Lakin bu il hələ ki amnisitiya və ya əfvlə bağlı heç nə danışılmır.
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, bu il amnistiya ilə bağlı fərmanın may ayında imzalanacağı gözlənilir.
Hüquq müdafiəçisi qeyd edib: “Mən belə başa düşürəm ki, amnistiyanı may ayına saxlayıblar. Mayda həm amnistiya, həm də əfv sərəncamları olacaq. Çünki adətən, amnisitiya hər il bayramqabağı olurdu. İndi bununla bağlı komissiya işləyir və amnistiya əfvlə birgə olması gözlənilir”.