Gəncədə iki nəfər bıçaq xəsarəti alıb.
Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü S.Məsimov ayağından, 1995-ci il təvəllüdlü E.Əsgərov isə qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.