Kreml NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, “NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi niyyəti onlara yaxşı məlumdur və necə deyərlər, bu, adi gözlə belə görünür”.
Onun sözlərinə görə, “belə bir düşüncə var ki, NATO-nun hansısa yolla öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri çətin ki, Qafqaza sabitlik gətirə bilsin”.