Xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman və Rüfət Əsədovun həbs müddəti uzadılıb. “Report” xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində keçirilən proseslərdə qəbul olunub.
Qərara əsasən, onların hər biri barəsində olan həbs qətimkan tədbiri daha bir ay uzadılıb.
Xatırladaq ki, Xətai Rayon Məhkəməsinin qərarına əsasən, baş məşqçi Ruslan Əfəndiyev və onun tələbləri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində bir ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.