"Youtube" platformasında fəaliyyət göstərən "Kanal9" kanalının rəhbəri, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əbdülkərim Cəfərov həbs edilib.
Pravda.az publika.az-a istinadən xəbər verir ki, Ə.Cəfərov barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ə.Cəfərov İmişli, Biləsuvar, Göygöl və digər rayonlarda çoxsaylı kafe və restoranların sahiblərini şantaj edib.