NATO İrəvanla Bakı arasında vasitəçi deyil və danışıqlar prosesi çərçivəsində təkliflərlə çıxış edə bilməz.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
"Əminəm ki, sülh əldə edilə bilər. Bu realdır, çünki bəzi əsas prinsiplər artıq razılaşdırılıb. Bunların arasında hər iki ölkənin ərazi bütövlüyünə hörmət var" - deyə Stoltenberq deyib.
O qeyd edib ki, NATO sülhə gətirib çıxara biləcək prinsipləri dəstəkləyir və mövcud fikir ayrılıqlarının həll olunacağı və aradan qaldırıla biləcəyinə inanır.