"Əvvəl TikTok ulduzu olmuşdum. Canlı açırdım, sonra soyudum. Tanınmışlar artıq orada canlıda az-az görünür". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər instaqramda yayımladığı videoda deyib. O bildirib ki, artıq TikTok-da canlı yayımlara girmir.
"Zaman keçdikcə insan anlayır ki..."
Aktrisa Pərvin Abıyeva isə onun sözlərinə "Zaman keçir insan öz dəyərini anlayır. Hamını nəzərdə tutmuram, bəzi insanlara görə" reaksiyasını verib.
Elgiz isə "Aramızda o qədər murdar insan var ki... Bilmir, orada analar, bacılar var. TikTok-a ancaq özünü tanımayan girmir ki" sözlərini əlavə edib.