2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub.
Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub.
İş üzrə dindirilmiş Sərxan Dadaşov bildirib ki, sentyabrın 22-də yaşadığı qəsəbədə, marketin qarşısında dayandığı vaxt tanımadığı bir nəfər yaxınlaşaraq metronun “28 May” stansiyasına gedəcəyini bildirib.
Lökbatandan çıxmamış sərnişin parkın qarşısından sağa dönməsini, ora çatdıqda avtomobili söndürməyini və bir xanımın 5 dəqiqədən sonra gələcəyini deyib.
Təxminən 2 dəqiqə sonra əvvəllər ədavəti olan Kamil Cəfərov və onun dostu Şəhriyar Təhməzov avtomobilə yaxınlaşıblar və maşının qapısını açaraq Sərxan Dadaşovun sinəsinə təpiklə zərbə vurublar.
Avtomobildə müştəri qismində əyləşən və Kamilin qardaşı olan Samir onun baş nahiyəsinə bir neçə dəfə beşbarmaqla zərbələr vurub.