Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs məsuliyyətə cəlb edildi

1 014
Paylaş:
Pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs məsuliyyətə cəlb edildi

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 1 nəfər müəyyən edilib. Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır.

Paylaş:

Ən son xəbərlər