“Deyirlər insan yaşa dolduqca çox şeyi unudur. Yaddaşından çox hadisələr, yaşantılar bir-bir silinməyə başlayır. Amma çox xatirələr var ki, hələ də yadımdadır. Hətta onları unutmaq belə istəmirəm”. Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənni bloger qızı Aynişan Quliyeva ilə bağlı paylaşımında onun ad gününü təbrik edib:
“Axı necə unuda bilərəm həyatımın ən böyük sevgisinin doğulduğu günü, saatı, anı... 20 martdan 21 marta keçən gecə 1991-ci il, gecə 01:30 da... Sən demə, illərnən sənə gəlirmişəm səndən, özümdən xəbərsiz. Sən demə, elə səni sevmək üçün gəlmişəm dünyaya səndən, özümdən xəbərsiz.