21 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Nüvə Enerjisi Sammitində iştirakı çərçivəsində Birləşmiş Krallığın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyində nüvə enerjisi və alternativ enerji üzrə dövlət naziri Endryu Boui ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın müxtəlif istiqamətləri, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tədbirlər və layihələr müzakirə olunub.
Azərbaycanla Birləşmiş Krallıq arasında qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli tərəfdaşlıq münasibətlərinin inkişafına önəm verildiyi vurğulanıb. Bu strateji münasibətlərin daha da möhkəmləndirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb.