Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə dörd milyon manatdan çox pul tələb etməkdə ittiham olunan Vahid Xələfovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror V.Xələfovun hədə-qorxu ilə xüsusilə külli miqdarda tələb etməkdə və xuliqanlıqda təqsirli bilinməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilməsini tələb edib.