"Mədəniyyət və İncəsənət Universitetdə tələbə olarkən Gənclər Teatrında Hüseynağa Atakişiyev kimi rejissordan baş rol almışdıq. Amma biz dolana bilmirdik. Kosa, keçəl, kloun kimi məclislərə getmişəm. “Şaxta baba” obrazına boyum çatmırdı. İndiki bəzi məşhurlarla bir yerdə getmişik. Adlarını demək istəmirəm, xətrlərinə dəyər. O vaxt bunlar olub, işləyib qazanmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov “AStar” yutub layihəsində qonaq olarkən deyib. O, keçmişdə yaşadığı çətinliklərdən danışıb:
"1993-cü ildə Rusiyaya böyük axın var idi, camaat işləməyə gedirdi. Atama dedim ki, mən də getmək istəyirəm. Rus dilini bilirəm, gedib işləyəcəyəm. Cibindən 2 min manat çıxardı və yarısını verdi mənə. Dedi ki, aclıqdan ölsək də, tox olsaq da, burada olacaqsan. Heç yerə getməyəcəksən. Allah atama rəhmət eləsin ki, o vaxt məni qoymadı getməyə.