“Krokus Siti”yə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik.
Azərbaycan XİN: “Krokus Siti”yə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib:
"Biz Moskvada “Krokus Siti” konsert kompleksinə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir".